Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi daşımaların həcmini artırıb

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi daşımaların həcmini artırıb Həm yük, həm də sərnişin daşınmasında artım olub
İnfrastruktur
22 May , 2017 15:47
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi daşımaların həcmini artırıb

Bakı. 22 may. REPORT.AZ/ Bu ilin aprelində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmiləri ilə daşınan yüklərin həcmində - həm maye, həm də quru yüklərdə artım qeydə alınıb. 

Gəmiçilikdən "Report"a daxil olan məlumata görə, hesabat dövründə 2 189 avtomaşının daşınması isə keçən ilin eyni dövründəki nəticəni 67% üstələməyə imkan verib.

Hesabata görə, ötən ay dəniz nəqliyyatı ilə 2 300 vaqon daşınıb ki, bu da illik müqayisədə 7% çoxdur. Ümumilikdə, vaqonlarla 370 505 ton maye, 73 208,5 ton quru yüklər daşınıb.

Hesabat ayında dəniz nəqliyyatı ilə daşınan sərnişinlərin sayında da artım baş verib. Belə ki, ay ərzində 1 551 sərnişin daşınıb və bu, illik müqayisədə 8,4% çoxdur.

Son xəbərlər

Orphus sistemi