Rusiyanın Baş nazirinin I müavini Andrey Belousov ölkəsində işgüzar səfərdə olan Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Rusiya hökuməti məlumat yayıb.
Bildirilir ki, müzakirələr zamanı “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu marşrutunun inkişafı müzakirə olunub.
A.Belousov oktyabrın 9-da Bakıda işgüzar səfərdə olub. Ş.Mustafayev onunla bu layihənin icrasını, eləcə də digər aktual məsələləri müzakirə edib.
"Şimal-Cənub" əsasən Hindistandan və İran Körfəzi regionundan yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. Bu dəhlizin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Əgər dəniz yolu ilə daşımanın müddəti İran körfəzi, Hind Okeanı, Süveyş kanalı, Aralıq Dənizi, Baltik Dənizindən keçməklə Helsinki şəhərinə 45-60 gün təşkil edirsə, "Şimal-Cənub" dəhlizi ilə bu müddət 20-25 gündür.