İstanbulda "Lapis Lazuli" marşrutunun canlandırılması müzakirə edilib

İstanbulda "Lapis Lazuli" marşrutunun canlandırılması müzakirə edilib Azərbaycan və Əfqanıstan arasında "Lapus Lazuri" marşrutu çərçivəsində əməkdaşlıq müzakirə edilib.
İnfrastruktur
4 Oktyabr , 2024 14:56
İstanbulda Lapis Lazuli marşrutunun canlandırılması müzakirə edilib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Lapis Lazuli" marşrutunun canlandırılması ilə bağlı məsələlərin müzakirəsi məqsədilə Türkiyənin İstanbul şəhərində keçirilən tədbirdə iştirak edib.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.

"Marşrutun səmərəli fəaliyyəti üçün üzv dövlətlərdə infrastrukturun inkişafı ilə bağlı müvafiq işlərin görülməsi, ölkələr arasında məlumat mübadiləsinin aparılması, məşvərət qrupu yaradılması və Fəaliyyət Planının hazırlanmasını müzakirə etdik. Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində beynəlxalq və regional əməkdaşlığa xüsusi önəm verdiyini vurğuladıq. Son 20 ildə ölkəmizin bu istiqamətdə həyata keçiridiyi mühüm tədbirlər barədə məlumat verdik", - deyə o qeyd edib.

11:45

Azərbaycan və Əfqanıstan arasında "Lapis Lazuri" marşrutu çərçivəsində əməkdaşlıq müzakirə edilib.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.

"Əfqanıstanın nəqliyyat və mülki aviasiya naziri Həmidullah Axundzadə ilə görüşdük. Nəqliyyat sahəsində ikitərəfli və "Lapis Lazuri" marşrutu çərçivəsində çoxtərəfli əməkdaşlıq imkanlarını müzakirə etdik. Bu marşrut vasitəsilə Əfqanıstandan avtomobil daşımalarının həyata keçirilməsinin perspektivlərindən danışdıq", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi