Azərbaycan Pakistan və Böyük Britaniyaya avtomobillə yük daşımalarına başlayır

Azərbaycan Pakistan və Böyük Britaniyaya avtomobillə yük daşımalarına başlayır Bu ildən Azərbaycandan Pakistan və Böyük Britaniyaya avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həyata keçirilməsi mümkün olacaq.
İnfrastruktur
16 Fevral , 2024 09:42
Azərbaycan Pakistan və Böyük Britaniyaya avtomobillə yük daşımalarına başlayır

Bu ildən Azərbaycandan Pakistan və Böyük Britaniyaya avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həyata keçirilməsi mümkün olacaq.

Bu, “Report”un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, artıq bu ölkələrlə ikitərəfli əsasda icazə blanklarının mübadiləsi aparılıb.

“Beləliklə, Azərbaycanın avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma fəaliyyəti göstərilən ölkələrin sayı 50-yə çatıb. Həmçinin Azərbaycan daşıyıcılarının Türkiyə Limanlarından tam miqyaslı daşıma etmələrinə icazə verilməsi haqqında da razılıq əldə olunub. Azərbaycan daşıyıcılarının avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları coğrafiyası hər il genişlənir", - deyə məlumatda qeyd edilib.

Ölkədaxili yük daşımaları sahəsində dövlət tənzimlənməsinin təkmilləşdirilməsi, nəzarətin gücləndirilməsi məqsədilə “Avtomobil nəqliyyatı haqıında” Qanunun tələbinə uyğun olaraq, yükdaşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərin uçota alınması prosesi davam etdiriləcək. Bütün avtonəqliyyat vasitələrinin sahibkarları buraxılış vəsiqəsi, yük nəqliyyat vasitələri isə buraxılış kartı alaraq fəaliyyətlərini davam etdirəcəklər. Buraxılış vəsiqəsi və buraxılış kartı üçün dövlət rüsumu tələb olunmur.

Son xəbərlər

Orphus sistemi