Azərbaycan Dünya Bankı ilə "Yaşıl və Dayanıqlı Şəhər" konsepsiyası çərçivəsində layihələri müzakirə edib

Azərbaycan Dünya Bankı ilə "Yaşıl və Dayanıqlı Şəhər" konsepsiyası çərçivəsində layihələri müzakirə edib Azərbaycanda "Yaşıl və Dayanıqlı Şəhər" konsepsiyası çərçivəsində birgə layihələrin perspektivləri barədə Dünya Bankı ilə ətraflı fikir mübadiləsi aparılıb.
İnfrastruktur
7 Avqust , 2024 13:39
Azərbaycan Dünya Bankı ilə Yaşıl və Dayanıqlı Şəhər konsepsiyası çərçivəsində layihələri müzakirə edib

Azərbaycanda "Yaşıl və Dayanıqlı Şəhər" konsepsiyası çərçivəsində birgə layihələrin perspektivləri barədə Dünya Bankı ilə ətraflı fikir mübadiləsi aparılıb.

"Report" xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefani Stalmayster ilə məhsuldar görüşümüz baş tutdu. Paytaxt Bakının Baş Planı və şəhərin dayanıqlı inkişaf istiqamətləri, habelə Azərbaycanda "Yaşıl və Dayanıqlı Şəhər" konsepsiyası çərçivəsində birgə layihələrin perspektivləri barədə ətraflı fikir mübadiləsi apardıq", - A. Quliyev qeyd edib.

Xatırladaq ki, “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” Baş nazir Əli Əsədovun 30 dekabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilib. Baş plan Komitənin sifarişi ilə beynəlxalq tenderin qalibi olan Almaniyanın "AS+P Albert Speer + Partner Gmbh” şirkəti hazırlayıb. Onun layihəsinin hazırlanmasına yerli layihə təşkilatı qismində Bakı Dövlət Layihə İnstitutu, həmçinin mühəndis-kommunikasiya sistemləri, nəqliyyat və iqtisadi aspektlərin işlənməsi məqsədilə “Ramboll UK” (Böyük Britaniya) və “EY Advisory” (Fransa) şirkətləri cəlb edilib.

Baş planın icrasına ümumilikdə 93,6 milyard manat vəsaitin yönəldilməsi nəzərdə tutulur. Sənədə əsasən, bunun 60,5 milyard manatı dövlət büdcəsindən ayrılacaq, qalan 33,1 milyard manatı isə özəl sektorun payına düşəcək. Qeyd edilən dövrədək ərazi inkişafı üzrə 47,6 milyard manat vəsait xərclənəcək və bunun 30,9 milyard manatı özəl sektorun, 16,7 milyard manatı dövlət sektorun payına düşəcək.

Son xəbərlər

Orphus sistemi