"Azərbaycan Dəmir Yolları"nın Həkim-Sanitar Xidmətinin zərəri 45 % azalıb

"Azərbaycan Dəmir Yolları"nın Həkim-Sanitar Xidmətinin zərəri 45 % azalıb “Azərbaycan Dəmir Yolları" QSC-nin Həkim-Sanitar Xidməti 2021-ci ili 39 min manat xalis zərərlə başa vurub.
İnfrastruktur
24 İyun , 2022 17:26
Azərbaycan Dəmir Yollarının Həkim-Sanitar Xidmətinin zərəri 45 % azalıb

“Azərbaycan Dəmir Yolları" QSC-nin Həkim-Sanitar Xidməti 2021-ci ili 39 min manat xalis zərərlə başa vurub.

"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 45% azdır.

Ötən il Həkim-Sanitar Xidmətinin əsas əməliyyat gəlirləri 2,117 milyon manat (əvvəlki ilə nisbətən 6,6% çox), sair əməliyyat gəlirləri 9,049 milyon manat (2,5% çox), istifadə etdiyi material ehtiyatları üzrə xərcləri 610 min manat (14,45% çox), işçi heyəti üzrə xərcləri 8,338 milyon manat (1,3% çox), amortizasiya xərcləri 1,029 milyon manat (1,25% az), digər əməliyyat xərcləri 1,2 milyon manat (14,2% az), mənfəət vergisi ödəmələri isə 28 min manat (4% çox) təşkil edib.

Bu il yanvarın 1-nə Həkim-Sanitar Xidmətinin aktivləri 10,22 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,8% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 10,9% artaraq 1,212 milyon manata çatıb, balans kapitalı isə 0,4% azalaraq 9,008 milyon manata düşüb.

Son xəbərlər

Orphus sistemi