"Azərbaycan Dəmir Yolları"nın Həkim-Sanitar Xidmətinin zərəri 7 dəfə azalıb

"Azərbaycan Dəmir Yolları"nın Həkim-Sanitar Xidmətinin zərəri 7 dəfə azalıb “Azərbaycan Dəmir Yolları"QSC-nin Həkim-Sanitar Xidməti 2020-ci ili 120 min manat xalis zərərlə başa vurub.
İnfrastruktur
24 İyun , 2021 12:17
Azərbaycan Dəmir Yollarının Həkim-Sanitar Xidmətinin zərəri 7 dəfə azalıb

“Azərbaycan Dəmir Yolları" QSC-nin Həkim-Sanitar Xidməti 2020-ci ili 120 min manat xalis zərərlə başa vurub.

"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 7 dəfə azdır.

Ötən il Həkim-Sanitar Xidmətinin əsas əməliyyat gəlirləri 1,986 milyon manat (əvvəlki ilə nisbətən 15,1% çox), sair əməliyyat gəlirləri 8,828 milyon manat (40,5% çox), istifadə etdiyi material ehtiyatları üzrə xərcləri 500 min manat (1,6% çox), işçi heyəti üzrə xərcləri 8,232 milyon manat (38,6% çox), amortizasiya xərcləri 1,042 milyon manat (5,9% az), digər əməliyyat xərcləri 1,127 milyon manat (8,5% az), mənfəət vergisi ödəmələri isə 34 min manat (47,4% az) təşkil edib.

Bu il yanvarın 1-nə Həkim-Sanitar Xidmətinin aktivləri 10,097 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,3% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 5,05 dəfə artaraq 434 min manata çatıb, balans kapitalı isə 1,2% azalaraq 9,663 milyon manata düşüb.

Son xəbərlər

Orphus sistemi