"Azərbaycan Dəmir Yolları"nda maşinist işləmək istəyənlərin 73 %-i imtahandan keçməyib

İnfrastruktur
  • 14 avqust, 2023
  • 10:34
Azərbaycan Dəmir Yollarında maşinist işləmək istəyənlərin 73 %-i imtahandan keçməyib

"Azərbaycan Dəmir Yolları" QSC-də maşinist işləmək istəyənlərin 27 %-i imtahandan uğurla çıxıb.

"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, qurumdan və kənar təşkilatlardan ümumilikdə 349 nəfər maşinist və maşinist köməkçiləri üçün 3 mərhələli imtahan prosesinə qatılıb.

Sonda 92 namizəd dəmiryol nəqliyyatının idarə edilməsi hüququnu təsdiq edən vəsiqəyə sahib olub, o cümlədən kənar qurumlardan müraciət etmiş 38 namizəddən 15-i imtahanı uğurla başa vurub.