Bakı. 25 aprel. REPORT.AZ Aprelin 25-29-da Çolpon-Ata şəhərində (Qırğızıstan) Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (DYƏT) ölkələrinin dəmir yolu administrasiyalarının baş direktorlar (məsul nümayəndələr) Konfransının 31-ci iclası keçirilir.
"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyindən "Report"a daxil olan məlumata görə, tədbirdə DYƏT-in yük daşımaları, sərnişin daşımaları, infrastruktur və heyət tərkibi komissiyalarını
DYƏT Baş Direktorlar (məsul nümayəndələr) Konfransının 31-ci iclasında “Azərbaycan Dəmir Yolları” QSC-ni Maliyyə İdarəsinin rəis müavini Azad Hüseynov, Beynəlxalq
əlaqələr və hüquq İdarəsi beynəlxalq əlaqələr şöbəsinin rəis müavini Angelina Şurqanova və bu İdarənin hüquqi təminat şöbəsinin baş hüquqşünası Fuad Qasımzadədən ibarət nümayndə heyəti təmsil edir.
Qeyd edək ki, DYƏT 28 iyun 1956-cı ildə Sofiya şəhərində (Bolqarıstan) dəmir yoluna rəhbərlik edən nazirlərin müşavirəsində yaradılıb.