Azərbaycan daşıyıcılarının bazar payının artırılması müzakirə edilib

Azərbaycan daşıyıcılarının bazar payının artırılması müzakirə edilib Beynəlxalq avtomobil daşımaları bazarında milli daşıyıcıların payının artırılması, göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması məsələləri müzakirə edilib.
İnfrastruktur
19 Mart , 2024 10:13
Azərbaycan daşıyıcılarının bazar payının artırılması müzakirə edilib

Beynəlxalq avtomobil daşımaları bazarında milli daşıyıcıların payının artırılması, göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması müzakirə edilib.

"Report" xəbər verir ki, bu barədə müzakirələr Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Transit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Katibliyi və "Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyi arasında keçirilmiş görüşdə baş tutub.

Daşıyıcıların və sürücülərin rəqabət qabiliyyətliyinin yüksəldilməsi, avtomobil nəqliyyatı ilə daşımalar sahəsində sahibkarlığın stimullaşdırılması, daşıyıcılar arasında azad rəqabətin təmin olunması, daşıyıcıların və nəqliyyat ekspeditor şirkətlərinin peşəkarlıq səviyyəsinin artırılması kimi aktual problemlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi