"Azərbaycan Hava Yolları" QSC (AZAL) sərnişinlərini xüsusi təkliflərlə sevindirməyə davam edir.
"Report" AZAL-a istinadən xəbər verir ki, aviaşirkət biletlərə endirim təklif edən "Cyber Monday" kampaniyasına start verir.
Bu gün sərnişinlər AZAL-ın bütün daimi beynəlxalq istiqamətləri üzrə aviabiletləri 30 % endirimlə əldə edə bilərlər. Kampaniyadan yararlanmaq üçün aviaşirkətin saytında və yaxud mobil tətbiqində bilet alışı zamanı “CM2024” promokodunu xüsusi xanaya daxil etmək yetərlidir.
Təklif 2025-ci il yanvar ayının 11-dən aprelin 30-na kimi həyata keçirilən reyslərə şamildir.
Kampaniya müntəzəm beynəlxalq uçuşların bütün sinifləri üçün keçərlidir, lakin vergi və yığımlara tətbiq olunmur. Təklif yüksək tələbat dövrlərini, həmçinin kodşerinq, çarter və ölkədaxili uçuşları əhatə etmir. Endirimli biletlərin sayı məhduddur.
"Cyber Monday" kampaniyası çərçivəsində endirimli aviabiletləri AZAL-ın rəsmi
"AZAL ilə xoş uçuşlar və unudulmaz səyahət arzulayırıq!", - deyə aviaşirkət bəyan edib.