AZAL: Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan bir sıra reyslər gecikir

AZAL: Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan bir sıra reyslər gecikir "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan bir sıra reyslərinin uçuşu Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində əlverişsiz hava şəraiti səbəbindən (qatı duman) gecikir.
İnfrastruktur
December 30, 2024 06:40
AZAL: Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan bir sıra reyslər gecikir

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan bir sıra reysləri Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində əlverişsiz hava şəraiti səbəbindən (qatı duman) gecikir.

"Report" bu bararədə AZAL-a istinadən xəbər verir.

Gecikən reyslərin sərnişinlərinə aviaşirkətin çağrı mərkəzi məlumat verir.

Sözügedən reyslər Naxçıvan aeroportu ərazisində hava şəraiti yaxşılaşdıqdan dərhal sonra həyata keçiriləcək.

Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri lazımi vasitələrlə təmin olunacaqlar.

Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

Orphus sistemi