AYNA 7 şəhərlərarası avtobus marşrutu üzrə müsabiqənin qaliblərini müəyyənləşdirib

AYNA 7 şəhərlərarası avtobus marşrutu üzrə müsabiqənin qaliblərini müəyyənləşdirib Bakı-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi), Bakı-Tərtər, Bakı-Bərdə, Bakı-Gədəbəy, Bakı-Göygöl, Bakı-Kürdəmir, Sumqayıt-İsmayıllı şəhərlərarası avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyən edilib.
İnfrastruktur
30 Dekabr , 2024 17:15
AYNA 7 şəhərlərarası avtobus marşrutu üzrə müsabiqənin qaliblərini müəyyənləşdirib

Bakı-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi), Bakı-Tərtər, Bakı-Bərdə, Bakı-Gədəbəy, Bakı-Göygöl, Bakı-Kürdəmir və Sumqayıt-İsmayıllı şəhərlərarası avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyən edilib.

"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Qaliblər aşağıdakı kimidir:

- “Bakı-Sınıq Körpü”, “Bakı-Tərtər” və “Bakı-Bərdə” marşrutları üzrə hüquqi şəxs “BakuBus” MMC;

- “Bakı-Gədəbəy” marşrutu üzrə hüquqi şəxs “Xoşqədəmli” MMC;

- “Bakı-Göygöl” marşrutu üzrə fiziki şəxs Qurbanov Bilal Xeyrəddin oğlu;

- “Bakı-Kürdəmir” marşrutu üzrə fiziki şəxs Cəfərov Soltan Şəmsəddin oğlu;

- “Sumqayıt-İsmayıllı” marşrutu üzrə fiziki şəxs İslamov Mərdan Əfqan oğlu.

Şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır. Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiqlənmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Son xəbərlər

Orphus sistemi