ASC sədri: Bir sıra rayonlarda sel və daşqın təhlükəli çaylarda istinad divarları tikilib

ASC sədri: Bir sıra rayonlarda sel və daşqın təhlükəli çaylarda istinad divarları tikilib Sel və daşqın təhlükəli çaylarda sahilbərkitmə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri üzrə respublikanın Balakən, Qax, Şəki, Qəbələ, Quba, Xaçmaz, Ağcabədi və Lənkəran rayonlarının ərazisindən keçən çaylarında ümumilikdə 1 863 pm uzunluğunda
İnfrastruktur
5 İyun , 2022 02:38
ASC sədri: Bir sıra rayonlarda sel və daşqın təhlükəli çaylarda istinad divarları tikilib

Sel və daşqın təhlükəli çaylarda sahilbərkitmə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri üzrə respublikanın Balakən, Qax, Şəki, Qəbələ, Quba, Xaçmaz, Ağcabədi və Lənkəran rayonlarının ərazisindən keçən çaylarında ümumilikdə 1 863 pm uzunluğunda istinad divarları tikilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov bildirib.

Z.Mikayılov qeyd edib ki, Hacıqabul rayonu ərazisində Aqroparka məxsus torpaq sahəsinə Kür çayından sərfi 3,0 m3/san olan nasos stansiyası vasitəsilə suvarma suyunun çatdırılması məqsədilə layihə sənədləri hazırlanaraq tikinti işlərinə başlanılıb.

“Tovuz, Ağstafa, Qazax, Oğuz, Zərdab və Saatlı rayonlarının əkin sahələrinin su təminatının yaxşılaşdırılması, Şamaxı rayonunda yerləşən heyvandarlıq kompleksinin su ilə təmin edilməsi, Qax və Qusar rayonlarının ərazilərində yerləşən sərhəd zastavalarının və Lənkəran rayonunun Viravul kəndinin ərazisinin Viravulçay çayının sel və daşqın sularından mühafizəsi tədbirlərinin aparılması üçün layihə sənədlərinin hazırlanması işləri yerinə yetirilib”, - ASC sədri qeyd edib.

Son xəbərlər

Orphus sistemi