Arazdan Heydər Əliyev Su Anbarına su veriləcək

Arazdan Heydər Əliyev Su Anbarına su veriləcək 2024-cü il ərzində  Araz su anbarından Heydər Əliyev su anbarına suyun verilməsi layihəsi icra olunacaq
İnfrastruktur
10 Yanvar , 2024 16:15
Arazdan Heydər Əliyev Su Anbarına su veriləcək

2024-cü il ərzində Araz su anbarından Heydər Əliyev Su Anbarına suyun verilməsi layihəsi icra olunacaq.

Report"un yerli bürosu xəbər verir ki, bu məqsədilə yeni nasos stansiyasının və diametri 1200 mm olan 30 km uzunluğunda qoşa boru xəttinin tikintisi reallaşdırılacaq. Bununla bağlı tender proseduru artıq yekunlaşıb. Müvafiq miqdarda maliyyə vəsaitləri ayrılıb.

Bu su xəttinin çəkilməsi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək. Proqramın "Təfsilatlı Tədbirlər Planı" üzrə həm bu, həm də digər infrastruktur layihələrinin də maliyyələşdirilməsi üçün ilkin olaraq 44 milyon 680 min manat vəsait ayrılıb.

Bununla da, Naxçıvan şəhəri, Babək və Kəngərli rayonlarının əraziləri davamlı suvarma suyu ilə təmin ediləcək.

Qeyd edək ki, son illər mövcud quraqlıqlarla əlaqədar Heydər Əliyev Su Anbarına kifayət qədər su ehtiyatı toplanıla bilmirdi. Bu da xüsusən yay aylarında sözügedən rayonların içməli və suvarma su təminatında ciddi narahatlıqlar yaradırdı. Araz su anbarından yeni su xəttinin çəkilməsi bu ciddi problemi həll edəcək.

Son xəbərlər

Orphus sistemi