Agentlik: İşğal dövründə 9 su anbarı və 1 200 km suvarma kanalı dağıdılıb

Agentlik: İşğal dövründə 9 su anbarı və 1 200 km suvarma kanalı dağıdılıb Azərbaycan ərazilərinin işğal altında olduğu 30 il ərzində 9 su anbarı və 1 200 km suvarma kanalı dağıdılıb.
İnfrastruktur
21 Fevral , 2024 11:06
Agentlik: İşğal dövründə 9 su anbarı və 1 200 km suvarma kanalı dağıdılıb

Azərbaycan ərazilərinin işğal altında olduğu 30 il ərzində 9 su anbarı və 1 200 km suvarma kanalı dağıdılıb.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Qarabağ regionunda su və irriqasiya infrastrukturunun yenidən qurulması" mövzusunda konfransda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında "Azərsu" ASC-nin sədrinin müşaviri Çingiz Abdullayev bildirib.

Onun sözlərinə görə, həmin ərazilərdə həmçinin 7 sututar olub.

"İşğal dövründə Ermənistan Azərbaycanın su infrastrukturuna ciddi ziyan vurub, su hövzələrini çirkləndirib, su ehtiyatlarından siyasi təzyiq vasitəsi kimi istifadə edib. Azərbaycan dəfələrlə bu məsələlərlə bağlı beynəlxalq təşkilatlara müraciət etsə də, işğalçı dövlət buna məhəl qoymamışdı. Artıq işğaldan azad edilən ərazilərdə su infrastruktunun bərpası istiqamətində işlər görülür. Belə ki, 2023-cü ildə Laçın şəhərində yeni içməli və tullantı su şəbəkələri istismara verilib, Füzuli şəhərində yeni layihənin icrasına başlanılıb. Şuşa şəhərinin içməli su təminatında dayanıqlılığın artırılması məqsədilə Zarıslıçay nasos stansiyasının və mərkəzi su anbarının inşası başa çatıb", - deyə Agentlik rəsmisi əlavə edib.

Son xəbərlər

Orphus sistemi