Taleh Ziyadov: “Bakı Limanı Aİ ilə birgə 8 layihə icra edib”

Taleh Ziyadov: “Bakı Limanı Aİ ilə birgə 8 layihə icra edib” Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 2016-cı ildən Avropa İttifaqı (Aİ) ilə sıx işləyir və birlikdə 8 layihə tamamlanıb
İnfrastruktur
17 May , 2024 15:53
Taleh Ziyadov: “Bakı Limanı Aİ ilə birgə 8 layihə icra edib”

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 2016-cı ildən Avropa İttifaqı (Aİ) ilə sıx işləyir və birlikdə 8 layihə tamamlanıb.

"Report” xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Baş direktoru Taleh Ziyadov “Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı Biznes Forumu"nda deyib.

Onun sözlərinə görə, həmin layihələrdən biri Bakı Limanı üçün Xalis Sıfır Strategiyasının hazırlanmasıdır: “Həmçinin regionda Avropa Limanlar Assosiasiyası tərəfindən Xəzər dənizi hövzəsində “yaşıl liman” adını ilk Bakı Limanı alıb. Eyni zamanda, Qazaxıstanın Aktau limanının bu sertifikatı almağına kömək etmişik”.

T. Ziyadov bildirib ki, Bakı Limanın əsas məqsədi Çindən Avropaya qədər “yaşıl dəhliz” yaratmaqdır: “Bu isə o deməkdir ki, bütün nəqletmə marşrutları, dəmir yolu infrastrukturu “yaşıl” olmalıdır”.

Xatırladaq ki, 14 may 2018-ci il tarixində Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş Bakı Limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 000 TEU konteynerdir. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat qovşaqlarının kəsişməsində yerləşən, yüksək texniki imkanlara malik, əməliyyatlar sahəsində nümunəvi rəqəmsal və yaşıl həllər tətbiq olunduğu limanın yükaşırma həcmi hər il artır. Eyni zamanda dünyada formalaşan yeni reallıqlar fonunda tranzit ölkə kimi Azərbaycana böyük tələb formalaşıb və bu amil də ölkəmizin ən böyük dəniz qapısı, logistika mərkəzi olan Bakı Limanına cəlb edilən yükün həcmi sürətlə artıb.

Son xəbərlər

Orphus sistemi