Valeh Ələsgərov: “Ələt Azad İqtisadi Zonasının karqo terminalı ilə illik 500 min ton yük daşınacaq”

Valeh Ələsgərov: “Ələt Azad İqtisadi Zonasının karqo terminalı ilə illik 500 min ton yük daşınacaq” ​​​​​​​Ələt Azad İqtisadi Zonasında 2026-cı ilin birinci yarısından istifadəyə veriləcək karqo terminalı vasitəsilə ilkin mərhələdə ildə 500 min ton yük daşınacaq.
İnfrastruktur
17 May , 2024 15:29
Valeh Ələsgərov: “Ələt Azad İqtisadi Zonasının karqo terminalı ilə illik 500 min ton yük daşınacaq”

Ələt Azad İqtisadi Zonasında 2026-cı ilin birinci yarısından istifadəyə veriləcək karqo terminalı vasitəsilə ilkin mərhələdə ildə 500 min ton yük daşınacaq.

"Report" xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Valeh Ələsgərov "Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı Biznes Forumu"nda deyib.

O vurğulayıb, Ələt Azad İqtisadi Zonası müştərilərinə ərazidə infrastruktur və kommunal xidmətlər, eləcə də bütün növ nəqliyyat və logistika xidmətləri ilə təmin edir: “Müştərilərin logistika və nəqliyyat xidmətlərinə olan ehtiyaclarını ödəməkdən əlavə, biz nəqliyyat logistika mərkəzləri yaradırıq. İqtisadi Zonada yaradılmış müəssisələrə fiskal və qeyri-fiskal güzəştlər paketini, o cümlədən istənilən vergilərdən, istənilən korporativ vergilərdən azadolma təqdim edirik”.

Son xəbərlər

Orphus sistemi