Ağcabədi və Bərdənin suyla təminatına 1,4 milyon manat ayrılıb - SİYAHI

Ağcabədi və Bərdənin suyla təminatına 1,4 milyon manat ayrılıb - SİYAHI Prezident İlham Əliyev Ağcabədi və Bərdə rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
İnfrastruktur
344
4 İyun , 2021 14:32
Ağcabədi və Bərdənin suyla təminatına 1,4 milyon manat ayrılıb - SİYAHI

Prezident İlham Əliyev Ağcabədi və Bərdə rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla Ağcabədi və Bərdə rayonlarının əhalisi 37061 nəfər olan 18 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Siyahı

Sıra

№-si

Rayonun adı

Quyuların

sayı, ədəd

Yaşayış məntəqələrinin adı

Əhalinin sayı, nəfər

1.

Ağcabədi

10

Göyük kəndi (2 quyu)

931

Hindarx qəsəbəsi

9721

Xocavənd kəndi

3778

İmamqulubəyli kəndi

1240

Salmanbəyli kəndi

2692

Şahmalılar kəndi

328

Şərəfxanlı kəndi

957

Yuxarı Qiyaməddinli kəndi (2 quyu)

3555

Bərdə

10

Bala Qacar kəndi

904

Birinci Qaradəmirçi kəndi

2218

Əmirli kəndi

2048

Hacallı kəndi

1740

Xanərəb kəndi

2266

Xanxanımlı kəndi

407

İkinci Nazırlı kəndi

824

Körpüsındıran kəndi

722

Kürdborakı kəndi

721

Mehdixanlı kəndi

2009

Cəmi:

20

18

37 061

Son xəbərlər

Orphus sistemi