ADB Azərbaycanın dəmir yollarında dekarbonizasiya prosesinə dəstək göstərəcək

ADB Azərbaycanın dəmir yollarında dekarbonizasiya prosesinə dəstək göstərəcək "Azərbaycan Dəmir Yolları" QSC (ADY) və Asiya İnkişaf Bankı (ADB) arasında dekarbonizasiya üzrə əməkdaşlığa dair memorandum imzalanıb.
İnfrastruktur
23 Oktyabr , 2024 13:33
ADB Azərbaycanın dəmir yollarında dekarbonizasiya prosesinə dəstək göstərəcək

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) və Asiya İnkişaf Bankı (ADB) arasında dekarbonizasiya üzrə əməkdaşlığa dair memorandum imzalanıb.

"Report" xəbər verir ki, dəmir yollarında dekarbonizasiya prosesinin həyata keçirilməsi üçün ADB texniki yardım göstərəcək.

Sənədi ADY sədri Rövşən Rüstəmov və ADB-nin nəqliyyat üzrə direktoru Ceyms Leder imzalayıb.

R. Rüstəmov bildirib ki, qlobal karbon qazı emissiyasının 24 %-inə səbəb olan nəqliyyat sisteminin dekarbonizasiyası bərpa edilən enerji mənbələrindən və alternativ yanacaq növlərindən istifadə ilə yanaşı, əhəmiyyətli dərəcədə dəmir yolu nəqliyyatına keçidi tələb edir.

Onun sözlərinə görə, dəmir yolu nəqliyyatı digər nəqliyyatı vasitələri ilə müqayisədə xeyli az karbon emissiya edir və ekoloji təmiz nəqliyyat vasitəsi hesab edilir: "Sərnişin qatarı hər kilometrə 14 qram karbon buraxdığı halda, digər nəqliyyat növləri bundan 10-20 dəfə çox karbon qazı emissiya edir: "Bundan əlavə, dəmir yolu infrastrukturunun inkişafı nəqliyyat sıxlığını azaltmağa kömək edir ki, bu da öz növbəsində karbon qazı tullantılarının azaldılmasına gətirib çıxarır. Ümumilikdə, qlobal karbon qazı emissiyasının sadəcə 1 %-i dəmir yollarının payına düşür. Azərbaycana gəldikdə, dəmir yolu nəqliyyatının payına ümumi enerji istehlakının 0,12 %-i və istilik effekti yaradan qazların emissiyasının 0,5 %-dən az hissəsi düşür. Ümumiyyətlə qlobal emissiyada payı 0,1 % ətrafında olan Azərbaycanda ADY-nin məsul olduğu həcm illik 200 min tondan azdır".

Son xəbərlər

Orphus sistemi