ADY: "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə tələbat kifayət qədər böyükdür"

ADY: "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə tələbat kifayət qədər böyükdür" Azərbaycanla İran arasında yükdaşımalarda iki dəfə artım var.
İnfrastruktur
10 Aprel , 2023 15:06
ADY: Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə tələbat kifayət qədər böyükdür
Emil Əhmədov

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə tələbat kifayət qədər böyükdür.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin Yük daşımaları departamentinin rəisi Emil Əhmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycanla İran arasında yükdaşımalarda iki dəfə artım var:

"Artım həm iki ölkənin yük daşımalarında, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində qeydə alınıb. Ümumiyyətlə, bu istiqamətdə daşımalara tələbat kifayət qədər böyükdür. Buna uyğun olaraq yükləmə-boşaltma üzrə işçilərin sayı artırılıb. Hazırda İrandakı Astara terminalında tikinti və təmir işləri davam etdirilir, oranın imkanları genişləndirilir, mövcud platformaların və yük dövriyyəsinin artırılması istiqamətində infrastruktur işləri aparılır, bu isə öz töhfəsini verir", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi