AAYDA: "Zəfər yolu"nun inşası ilə bağlı işlərin 80%-i başa çatdırılıb

AAYDA: "Zəfər yolu"nun inşası ilə bağlı işlərin 80%-i başa çatdırılıb Bu gün Füzuli rayonuna səfər etmiş Azərbaycan jurnalistləri buradan Şuşa şəhərinə çəkilən "Zəfər yolu"nun Xocavənd rayonundan keçən hissəsində inşa edilən körpüdəki son vəziyyətlə tanış olub.
İnfrastruktur
200
16 İyun , 2021 12:51
AAYDA: Zəfər yolunun inşası ilə bağlı işlərin 80%-i başa çatdırılıb

Bu gün Füzuli rayonuna səfər etmiş Azərbaycan jurnalistləri buradan Şuşa şəhərinə çəkilən "Zəfər yolu"nun Xocavənd rayonundan keçən hissəsində inşa edilən körpüdəki son vəziyyətlə tanış olub.

"Report"un məlumatına görə, körpü barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) yerli və regional əhəmiyyətli yollar şöbəsinin rəisi İlham Süleymanov açıqlama verib.

O, bildirib ki, "Zəfər yolu"nun inşası ilə bağlı işlərin 80%-i başa çatdırılıb: "Yolun 51-ci kilometrliyində torpaq işləri tamamilə bitib, konstruksiya işlərinə başlanılıb. Artıq yolun 1 kilometrdən artıq hissəsinin asfalt örtüyü çəkilib. Yolun 101,5-ci kilometrliyində 4 körpü var, onlardan 3-nun tikinti işlərinin 75%-i artıq həyata keçirilib".

Hazırda dayandığımız körpünün altından Şuşaya 2-ci yol gedir. Bu yolun uzunluğu 84.6 kilometrdir. Şuşa gedən yolun üzərində qurulan bu körpü Quruçayın üzərində inşa olunur. Körpünün əhəmiyyəti ondan ibarətdir ki, o, Ağdam-Füzuli yolu üçün ötürücü rolu oynayır. Digər tərəfdən yolların üzərində suni qurğular olur ki, körpülər də bu rolu oynayır".

Son xəbərlər

Orphus sistemi