Bayram günlərində müntəzəm və qeyri-müntəzəm reyslə 28 863 sərnişin müxtəlif şəhər və rayonlara daşınıb.
Bunu “Report”a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat katibi Samir Səfərov deyib.
S.Səfərovun sözlərinə görə, ən çox sərnişin axını noyabrın 5-də qeydə alınıb:
“Bu sərnişinlərin daşınması üçün ümumilikdə 969 reys həyata keçirilib. Belə ki, noyabrın 5-də 289 müntəzəm və qeyri-müntəzəm reyslə 9 341, noyabrın 6-da 267 reyslə 8 607, noyabrın 7-də 218 reyslə 6 186 və noyabrın 8-də isə 195 reyslə 4 729 sərnişin daşınması həyata keçirilib”.
Avtovağzal rəsmisinin sözlərinə görə, vətəndaşlar biletləri avtovağzalın gündəlik və qabaqcadan satış kassalarından, eləcə də “avtovagzal.az” saytından onlayn qaydada əldə edə bilər.
S.Səfərov əlavə edib ki, istiqamətlər üzrə kassaların işinin təşkili zamanı kassalara təhkim edilmiş reyslər arası intervallar, eləcə də kassaların buraxılış qabiliyyəti nəzərə alınaraq əlavə kassalar açılıb və vətəndaşlar “1414” Çağrı Mərkəzinə zəng edərək onları maraqlandıran suallarla bağlı ətraflı məlumat ala bilərlər.
Qurum sözçüsü həmçinin əlavə edib ki, axın əsasən Quba, Qusar, Masallı, Lənkəran, Lerik, Astara, Gəncə, Bakı-Qırmızı Körpü, Mingəçevir, İsmayıllı, Qəbələ, Şəki, Qax, Zaqatala istiqamətlərində olub.
Qeyd edək ki, gücləndirilmiş iş rejimi noyabrın 9-na qədər davam edəcək.
4 gündə Bakıdan regionlara 29 minə yaxın sərnişin daşınıb
İnfrastruktur
9 noyabr 2022
07:44


Rus versiyası
В праздничные дни из Баку в регионы посредством автобусов перевезено около 29 тыс. пассажиров
Son xəbərlər
13:16
Azərbaycan bankları I rübdə “Bloomberg” ticarət sistemində 1 200-ə yaxın təminatsız əqd bağlayıbMaliyyə13:16
Müşviq Əhmədli: “MDM investisiya fondları üçün depozitar funksiyalarını ayrıca lisenziya olmadan icra edəcək”Maliyyə13:13
Fuad İsayev: "Maliyyə sektorunda PL/TM risklərinə dair bilik səviyyəsi hələ də istənilən səviyyədə deyil"Maliyyə13:05
Zahid Oruc: Əfv Komissiyasına müraciətlərin çox hissəsini piyada ölümlərinə səbəb olan sürücülər təşkil edirMilli Məclis13:05
Dövlətə məxsus səhmdar cəmiyyətlərinin səhmlərinin yerləşdirilməsi prosesinin sadələşdirilməsi ilk oxunuşda qəbul edibMilli Məclis13:01
Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri ilk oxunuşda qəbul edibMilli Məclis