“20 Yanvar” dairəsi istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
İnfrastruktur
- 31 avqust, 2021
- 04:56
Paytaxtın Tbilisi prospekti Cavadxan küçəsilə kəsişmədən "20 Yanvar" dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Bu barədə "Report" Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevə istinadən xəbər verir.
Belə ki, gecə saatlarında "20 Yanvar" dairəsində yük avtomobilinin aşması nəticəsində yola yağ dağılıb. Hazırda Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xüsusi texnikaları əraziyə cəlb edilməklə yolda təmizlənmə işləri görülür.
Yolun bağlanması ilə əlaqədar olaraq bu hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də müvəqqəti dəyişdirilib. Avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil edilib.
Son xəbərlər
11:42
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb - YENİLƏNİB
İnfrastruktur11:42
Türkiyə rəsmisi: "İqlimə dözümlü kənd təsərrüfatının mərkəzində effektiv su siyasəti dayanmalıdır"
ASK11:41
ADSEA: "Su ehtiyatları iqlim dəyişikliklərinin ciddi təzyiqi ilə üzləşir"
İnfrastruktur11:41
Orta Dəhliz yükdaşımaların sistemli şəkildə artırılması üçün Avropa bazarına çıxır
İnfrastruktur11:40
Emin Əmrullayev: PISA nəticələrini 10-15 il sonra daha aydın şəkildə hiss edəcəyik
Elm və təhsil11:40
ADSEA: Sel və daşqınlara qarşı mühüm strateji addımlar atılır
İnfrastruktur11:39
Dünya Bankı Azərbaycanla aqrar sahədə yeni proqram üzərində işləyir
ASK11:35
Dünya Bankı: Kiçik fermerlər üçün iqlimə uyğun aqrar həllər tətbiq ediləcək
ASK11:33