Bakı. 9 may. REPORT.AZ/ Bu gün Nizami Kino Mərkəzində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında dövlət sifarişi ilə ekranlaşdırılan "Yarımçıq xatirələr" adlı tammetrajlı bədii filmin təqdimat mərasimi keçirilib.
"Report" xəbər verir ki, Elxan Cəfərovun rejissorluq etdiyi filmin əsas hissəsinin çəkilişləri Belarusun Brest, Minsk şəhərlərində və Vileyka qəsəbəsində aparılıb.
Film II Dünya müharibəsində faşizm üzərində qələbənin 70 illiyinə həsr olunub və bu səbəbdən 9 May tarixində nümayişi təsadüfi deyil.
Təqdimat mərasimində mədəniyyət və turizm naziri
Ekran əsərinin ssenari müəllifləri Yuri Vorobyov və Yavər Rzayev, rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyev, prodüsseri Müşfiq Hətəmov, bəstəkarı isə
Filmin iki süjet xətti var. Belə ki, əvvəllər Böyük Vətən müharibəsində iştirak etmiş əsgər illər sonra Qarabağ müharibəsində düşmənə qarşı aparılan mübarizəyə qoşulur.
Bədii filmdə digər rolları Qurban İsmayılov, Şamil Məhərrəmov, Gülzar Qurbanova və s. aktyorlar ifa edirlər.

