Xalq artisti Muxtar Maniyevin vəziyyəti stabildir

Xalq artisti Muxtar Maniyevin vəziyyəti stabildir Həkim: "Belə davam etsə, xəstəni həftə sonu və ya gələn həftənin bazar ertəsi evə yaza bilərik"
İncəsənət
10 Mart , 2016 15:47
Xalq artisti Muxtar Maniyevin vəziyyəti stabildir

Bakı. 10 mart. REPORT.AZ/ "Xalq artisti Muxtar Maniyevin sağlıq durumu yaxşıdır".

Bunu "Report"a açıqlamasında xalq artistinin həkimi Elmira Cəfərova deyib.

Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin reanimasiya şöbəsində çalışan E.Cəfərova M.Maniyevin vəziyyətinin hazırda stabil olduğunu bildirib: "Xalq artisti Muxtar Maniyev xəstəxanamıza dünən gətirilib. Daxil olanda vəziyyəti çox ağır idi. Şəkərli diabetdən əziyyət çəkdiyi üçün şəkərinin kəskin şəkildə düşməsi xəstənin vəziyyətini ağırlaşdırmışdı. Aparılan müalicə tədbirləri sayəsində Muxtar Maniyevin sağlamlıq vəziyyəti stabilləşdi. Hazırda şüuru açıqdır, huşu özündədir, danışa bilir, qidalanması normaldır. Belə davam etsə, xəstəni həftə sonu və ya gələn həftənin bazar ertəsi evə yaza bilərik".

Xatırladaq ki, xalq artisti Muxtar Maniyev qan təzyiqi və şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Ötən il 80 yaşlı aktyorun sol ayağı topuqdan aşağı amputasiya edilib.

Son xəbərlər

Orphus sistemi