Xalq artisti Könül Xasıyeva konsertə hazırlaşır

İncəsənət
  • 12 oktyabr, 2015
  • 10:48
Xalq artisti Könül Xasıyeva konsertə hazırlaşır

Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti, xanəndə Könül Xasıyeva konsertə hazırlaşır.

Bu barədə "Report"a o özü məlumat verib.

Xalq artisti noyabrın 3-4-də Beynəlxalq Muğam Mərkəzində "Təkcə səndən nigaranam" adlı konsert proqramı ilə çıxış edəcəyini bildirib: "Hazırda konsertə hazırlıq gedir. İki gün keçiriləcək konsert proqramında muğam və təsniflərimiz, xalq mahnılarımızla yanaşı, bəstəkar mahnıları da səsləndiriləcək. Konsertdə ilk dəfə olaraq tələbələrimin də çıxışı gözlənilir".