“Xalçaçı günü” Şuşada qeyd olunub

“Xalçaçı günü” Şuşada qeyd olunub Bu gün – mayın 5-i Azərbaycanda xalçaçıların peşə bayramı - “Xalçaçı günü” kimi qeyd olunur.
İncəsənət
5 May , 2022 22:36
“Xalçaçı günü” Şuşada qeyd olunub

Bu gün – mayın 5-i Azərbaycanda xalçaçıların peşə bayramı - “Xalçaçı günü” kimi qeyd olunur.

“Report” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 5 may 2016-cı il tarixli sərəncamıyla “Azərxalça” ASC-nin yaradılması ilə əlaqədar artıq 6 ildir, bu gün “Xalçaçı günü” kimi qeyd olunur.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Turizim Agentliyinin 5-8 may tarixlərində keçirdiyi Beynəlxalq Kulinariya Festivalı çərçivəsində “Azərxalça” ASC Şuşaya baş çəkən yerli və xarici qonaqlara özünün xalça toxuma prosesi haqqında “Xalça necə doğulur” adlı interaktiv tamaşaını təqdim edib. Tamaşa izləyicilərin marağına səbəb olub, həmçinin, turistlər özləri toxuma prosesində iştirak ediblər.

Xatırladaq ki, festivalda kulinariya ilə yanaşı, Azərbaycanın mədəniyyət və incəsənət nümunələrinin də geniş təqdimatı baş tutub.

Son xəbərlər

Orphus sistemi