Bakı. 3 noyabr. REPORT.AZ/ Noyabrın 27-də "VI THE FİRST" mükafatları sahiblərinə təqdim ediləcək.
Bu barədə "Report"a tədbirin təşkilatçısı Xəyal Rza məlumat verib.
Onun sözlərinə görə, bu il 6-cı dəfə veriləcək mükafatın təqdimetmə mərasimində Azərbaycan və Türkiyənin tanınmış elm, mədəniyyət və siyasət adamları iştirak edəcək. Tədbirə "O səs Türkiyə" yarışmasının qalibi, əslən azərbaycanlı olan Ayda Mosharraf qatılacaq: "Bu mükafat mədəniyyətin inkişafı üçün nəzərdə tutulsa da, elm, siyasət, iqtisadiyyat, ədəbiyyat nümayəndələrinə də təqdim edilir. Bizim təqdim etdiyimiz "VI THE FİRST" mükafatı beynəlxalq mükafat sayılır. Mükafat monitorinq qrupumuzun seçdiyi namizədlərə təqdim ediləcək".
Əvvəlki illərdə Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıc, deputatlar Qənirə Paşayeva, Jalə Əliyeva, Məlahət İbrahimqızı, Aqil Abbas, Türkiyədən isə Selami Şahin, Hilal Saral, Saruhan Hünel, Erkan Petekkaya, Bəyazit Öztürk bu mükafata layiq görülüblər.