“Üç gün və bir ömür” filminin çəkilişləri başa çatıb

“Üç gün və bir ömür” filminin çəkilişləri başa çatıb Film valideynlərinin düşmən tapdağı altında qalmış məzarını ziyarət etməyin yollarını axtarmasından bəhs edir
İncəsənət
10 İyun , 2016 16:21
“Üç gün və bir ömür” filminin çəkilişləri başa çatıb

Bakı. 10 iyun. REPORT.AZ/ “Üç gün və bir ömür” tammetrajlı bədii filminin çəkilişləri başa çatıb.

"Report" xəbər verir ki, film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Psixoloji dram janrında çəkilən filmin ssenari müəllifi Yusif Şeyxov, quruluşçu rejissoru Babək Şirinsifət, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Ekran əsərində baş rolları Hikmət Rəhimov, Rasim Cəfər, Kamran Ağabalayev, Nicat Əli və digərləri canlandırıb. 

Filmin süjet xətti doğma rayonu işğal edilərkən həbsxanada olan şəxsin azadlığa çıxdıqdan sonra valideynlərinin düşmən tapdağı altında qalmış məzarını ziyarət etməyin yollarını axtarmasından bəhs edir.

Son xəbərlər

Orphus sistemi