Bakı. 9 fevral. REPORT.AZ/ Rusiyanın xalq artisti Emilyano Oçaqaviya evində baş verən yanğın zamanı yanaraq ölüb.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, 70 yaşlı aktyorun evində yanğın olub. E.Oçaqaviyanın ailə üzvləri və qonşuları küçəyə qaçmağa imkan tapsalar da, 70 yaşlı aktyor evdən çıxa bilməyib. Hadisə yerinə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib. Aktyoru çətinliklə, evdən çıxaran xilasedicilərin səylərinə baxmayaraq, o, xəstəxanada vəfat edib.
E.Oçaqaviya ilə vida mərasimi fevralın 10-da çalışdığı Kostroma şəhərinin N.Ostrovski adına Dövlət Dram Teatrının binasında keçiriləcək. 40 ildir bu teatrda fəaliyyət göstərən 70 yaşlı aktyor Rusiyanın teatr və kino sənətində kifayət qədər tanınan və sevilən sənətkar olub.