Rusiyanın tanınmış aktrisası vəfat edib

Rusiyanın tanınmış aktrisası vəfat edib Nataliya Kraçkovskaya 78 yaşında dünyasını dəyişib
İncəsənət
135
3 Mart , 2016 10:10
Rusiyanın tanınmış aktrisası vəfat edib

Bakı. 3 mart. REPORT.AZ/ Rusiyanın tanınmış aktrisası, bu ölkənin əməkdar artisti Nataliya Kraçkovskaya vəfat edib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, aktrisa 78 yaşında dünyasını dəyişib.

O, ürək xəstəliyindən əziyyət çəkirdi.

Fevralın 28-də mikro-infarkt keçirən aktrisa xəstəxanaya yerləşdirilib. 4 gün reanimasiyada qalan Nataliya Kraçkovskayanı xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, Nataliya Kraçkovskaya keçmiş SSRİ məkanının tanınmış aktrisası olub. 80-dən çox bədii filmdə çəkilən aktrisanın ən məşhur rolları "İvan Vasiliyeviç peşəsini dəyişir" "12 stul", "Bu, şən planet" və s. filmlərdə ifa etdiyi obrazlar olub.

Son xəbərlər

Orphus sistemi