Bakı. 2 mart. REPORT.AZ/ Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında tamaşaçılarla növbəti eksperiment keçiriləcək. Teatrın aktyorları "Yalan detektoru" tamaşasını səhnədə deyil, Rus Dram Teatrının foyesində tamaşaçıların ixtiyarına verəcək.
Bu barədə "Report"a Rus Dram Teatrının mətbuat xidmətindən bildirilib.
Martın 3-də oynanılacaq tamaşa teatrın tamaşaçılara təqdim edəcəyi üçüncü eksperiment tamaşadır.
Tamaşaçılar saat yarım ərzində teatrın aktyorları ilə yaxından ünsiyyətdə olmaq imkanı qazanacaq və sevimli personajları ilə baş-başa qalacaqlar.
"Yalan dedektoru" tamaşasının quruluşçu rejissoru, teatrın baş rejissoru, xalq artisti Aleksandr Şarovskidir.
Rollarda xalq artistləri Aleksandr Nikuşin, Yuri Baliyev və Səfa Mirzəhəsənov çıxış edir.