“Qırmızı bağ” filmi Bolqarıstanda beynəlxalq festivalda nümayiş etdiriləcək

“Qırmızı bağ” filmi Bolqarıstanda beynəlxalq festivalda nümayiş etdiriləcək Sofiya şəhərində keçiriləcək festivalda Azərbaycan filmi ilk dəfə iştirak edəcək
İncəsənət
13 Dekabr , 2016 14:28
“Qırmızı bağ” filmi Bolqarıstanda beynəlxalq festivalda nümayiş etdiriləcək

Bakı. 13 dekabr. REPORT.AZ/ Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filmi Bolqarıstanın 8-ci “Sofia MENAR” Beynəlxalq Film Festivalına dəvət alıb.

Bu barədə "Report"a “Azərbaycanfilm” Kinostudiyasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, gələn il yanvarın 12-dən 29-dək davam edəcək festival Sofiya şəhərində keçiriləcək. Festivalda Azərbaycan filmi ilk dəfə iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan və Rusiyanın birgə istehsalı olan “Qırmızı bağ” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində lentə alınıb.

Ekran əsərinin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov ("Azərbaycanfilm") və Timur Vaynşteyndir (WeiT Media).

Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırırlar.

Son xəbərlər

Orphus sistemi