Opera və Balet Teatrında Beynəlxalq qadınlar gününə həsr olunan balet nümayiş olunacaq

Opera və Balet Teatrında Beynəlxalq qadınlar gününə həsr olunan balet nümayiş olunacaq Tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək
İncəsənət
21 Fevral , 2018 16:07
Opera və Balet Teatrında Beynəlxalq qadınlar gününə həsr olunan balet nümayiş olunacaq

Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında martın 7-də Pyotr Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçiriləcək.

Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu balet 8 Mart Beynəlxalq qadınlar gününə həsr olunub.

Tamaşada əsas rolları Rusiya Dövlət Akademik Böyük Opera və Balet Teatrının solistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları - Alyona Kovalyova (Odetta-Odilliya) və Yakopo Tissi (Şahzadə Ziqfrid) ifa edəcəklər. Qeyd edək ki, Ziqfrid rolunun ifaçısı Y.Tissi İtaliya balet məktəbinin yetirməsidir.

Rusiyalı balet ustaları ilə bərabər tamaşada teatrımızın solistləri, xalq artisti Gülağası Mirzəyev, əməkdar artistlər - Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, aparıcı solistlər - Elmira Süleymanova, Cəmilə Kərimova, Ayan Eyvazova, Failə Bolqarova, Mehman Mərdanov, Leyla Narimanidze, Dilarə Mehdiyeva iştirak edəcək və solo partiyalar və rəqslər ifa edəcəklər.

Tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.

Son xəbərlər

Orphus sistemi