Nazir: "Xalça Muzeyindəki narazılıqlar aradan qaldırılıb"

Nazir: "Xalça Muzeyindəki narazılıqlar aradan qaldırılıb" Əbülfəs Qarayev: "İşdə nöqsan olanda onu açıq deməli, qarşısını almalı və lazım gəlsə töhmət də verməliyik"
İncəsənət
30 Noyabr , 2015 12:07
Nazir: Xalça Muzeyindəki narazılıqlar aradan qaldırılıb

Bakı. 30 noyabr. REPORT.AZ/ "Xalça Muzeyi ilə bağlı narazılıqlar var idi. Mədəniyyət və Turizm Nazirliyi o nöqsanları aradan qaldırmağa müvəffəq oldu". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

O bildirib ki, Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyeva çox qabaqcıl muzey işçisidir: "Biz hansısa muzeydə narazılıq yaradan hallar görəndə onun qarşısını almalıyıq. İşdə nöqsan olanda onu açıq deməli, qarşısını almalı və lazım gəlsə töhmət də verməliyik".

Nazirin sözlərinə görə, respublikada muzeylərin vəziyyətini təhlil ediblər: "Təhlillər müəyyən irəliləyişlərin olduğunu göstərir. Amma bununla yanaşı tənqidi məqamlar da çoxdur, bütün bunlar bu gün "Arxivlər, kitabxanalar və təhsil müəssisələri üçün istisnalar və məhdudiyyətlər" mövzusunda beynəlxalq seminarda təhlil olunacaq. Hesab edirəm ki, biz qabağa baxmalıyıq. Daha müasir şəkildə muzeylərin fəaliyyətini təşkil etməliyik, onların işində təkminləşmə getməlidir. Məhz buna görə də biz bu gün bütün muzeylərin əməkdaşlarını bir araya toplamışıq".

Son xəbərlər

Orphus sistemi