Musiqili Teatrın pianoçusu Beynəlxalq Müsabiqədə II olub

Musiqili Teatrın pianoçusu Beynəlxalq Müsabiqədə II olub O, Robert Şumanın 8 nömrəli “Noveletta” f-mol əsərini ifa edib
İncəsənət
10 İyul , 2017 12:42
Musiqili Teatrın pianoçusu Beynəlxalq Müsabiqədə II olub

Bakı. 10 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrının əməkdaşı Firuzə Nəcəfli Parisdə keçirilən “İnternational Folklore Competition” Beynəlxalq Müsabiqəsində 2-ci yerə layiq görülüb. 

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, F. Nəcəfli müsabiqədə Robert Şumanın 8 nömrəli “Noveletta” f-mol əsərini ifa edib.

Qeyd edək ki, Nəcəfli Firuzə Elman qızı Bakı şəhərində anadan olub. 2006-cı ildə Rafiq Babayev adına Uşaq Musiqi Məktəbini fərqlənmə ilə bitirib. Həmin il Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Məktəb-Studiyaya - Professor Tərlan Seyidovun sinfinə daxil olub və 2009-cu ildə oranı əla qiymətlərlə, 2013-cü ildə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Fortepiano” fakültəsini fərqlənmə diplomu ilə bitirib və elə həmin il Akademiyanın “Fortepiano” fakütəsinin magistraturasına daxil olub, 2015-ci ildə isə magistraturanı fərqlənmə diplomu ilə başa vurub.

Bir sıra konsertlərdə, tədbirlərdə, müsabiqələrdə, festivallarda, konfranslarda uğurla iştirak edib. 

Son xəbərlər

Orphus sistemi