Azərbaycan Dövlət Akademik Musiqili Teatra yeni direktor təyin olunub

Azərbaycan Dövlət Akademik Musiqili Teatra yeni direktor təyin olunub . Gəncə Dövlət Milli Dram Teatrının direktoru Aqil Adil oğlu Bəhramlı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru vəzifəsinə təyin edilmişdir.
İncəsənət
4 aprel 2025 18:01
Azərbaycan Dövlət Akademik Musiqili Teatra yeni direktor təyin olunub

Azərbaycan Dövlət Akademik Musiqili Teatrına yeni direktor təyin olunub. 

"Report" xəbər verir ki, bu vəzifəyə Aqil Bəhramlı təyinat alıb. 

Qeyd edək ki, A.Bəhramlı bundan əvvəl Gəncə Dövlət Milli Dram Teatrının direktoru vəzifəsində çalışıb. 

Xatırladaq ki, "Muskomediya"nın əvvəlki direktoru Əliqismət Lalayev olub. 

Qeyd edək ki, A.Bəhramlı 1974-cü il dekabrın 15-də Bakıda anadan olub. O, 1991-97-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Ümumi iqtisadiyyat” fakültəsində, 2015-2020-ci illərdə Korpenko Karaqo adına Kiyev Dövlət Teatr, Kino və Televiziya Universitetini “Teatr işinin təşkili və İdarəçiliyi” ixtisası üzrə təhsil alıb və təhsilini fərqlənmə diplomu ilə bitirib. 

A.Bəhramlı 1993-2003-cü illərdə Azərbaycan Ensklopediyasının nəzdində “Xəmsə” kiçik Dövlət müəssəsində “Təhçizatçı”, 2003-2009-cu illərdə Milli İncəsənət Muzeyində “Təsərüfat müdiri”, 2010-2020-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Direktor müavini”, 2021-ci ildən isə Gəncə Dövlət Dram Teatrında “Direktor” vəzifəsində çalışıb. O, 2024-cü ildə Azərbaycan milli teatrının inkişafındakı səmərəli fəaliyyətinə görə AzTXİ-nin təsis etdiyi “Qızıl medal” mükafatı ilə mükafatlandırılıb.

O həmçinin müxtəlif beynəlxalq festivallarda iştirak edib və bir çox ölkələrdə qastrol səfərlərində olub.

Son xəbərlər

Orphus sistemi