Moskvada Azərbaycan filmləri nümayiş olunacaq

Moskvada Azərbaycan filmləri nümayiş olunacaq Moskvada fəaliyyət göstərən “İllüzion” (“Иллюзион”) kinoteatrı Mədəniyyət Nazirliyi ilə birgə tamaşaçılara Azərbaycan kinosunun geniş retrospektivini təqdim edəcək.
İncəsənət
1 Fevral , 2022 12:59
Moskvada Azərbaycan filmləri nümayiş olunacaq

Moskvada fəaliyyət göstərən “İllüzion” (“Иллюзион”) kinoteatrı Mədəniyyət Nazirliyi ilə birgə tamaşaçılara Azərbaycan kinosunun geniş retrospektivini təqdim edəcək.

Nazirlikdən "Report"a verilən məlumata görə, 7-15 fevral tarixlərini əhatə edəcək proqramda Azərbaycan kinosunun səssiz filmlərindən başlayaraq müxtəlif dövrlərdə, eləcə də sovet dövrünün son illərində çəkilmiş bir çox filmlər, həmçinin müasir rejissorların beynəlxalq kinofestivallarda uğur qazanmış ekran əsərləri nümayiş olunacaq.

Retrospektiv 2021-ci ildə Rotterdam Film Festivalında premyerası baş tutmuş Fariz Əhmədovun “Sonuncu” filminin nümayişi ilə açılacaq. “Sonuncu” – insan həyatından bəhs edən hekayə Xəzər dənizindəki Kürdili adasının yeganə sakininin həyatının son günlərini sənədli kadrlarla bədii formanın qovşağında əks etdirir.

19 filmdən ibarət proqrama komediya və triller, nağıl və detektiv hekayələr, kino hekayələri, sevgi hekayələri, sosial dramlar və sürreal pritçalar daxildir. Nümayişlər kino tənqidçilərinin mühazirələri və rejissorlarla görüşlərlə müşayiət olunacaq.

Proqram:

7 fevral 19:30 Açılış. Giriş dəvətnamə ilədir.

“Sonuncu”

2021. 36 dəq. Rejissor: Fariz Əhmədov. dcp. 12+

8 fevral 19:30

“Dəcəl dəstə”

1937. 55 dəq. Rejissor: Qəmər Salamzadə, Aleksandr Popov. 35 mm. 6+

8 fevral 21:30

“Mavi dənizin sahilində”

1936. 69 dəq. Rejissor: Boris Barnet. 35 mm 12+

9 fevral 19:00

“Sehrli xalat”

1964. 77 dəq. Rejissor: Əlisəttar Atakişiyev. 35 mm 6+

9 fevral 21:30

“Uzaq sahillərdə”

1958. 88 dəq. Rejissor: Tofiq Tağızadə. 35 mm 12+

10 fevral 19:00

“Özgə vaxt”

1996. 85 dəq. Rejissor: Hüseyn Mehdiyev. dcp. 18+

10 fevral 21:30

“Hər şey yaxşılığa doğru”

1997. 36 dəq. Rejissor: Vaqif Mustafayev. dcp. 18+

“Yarasa”

1995. 78 dəq. Rejissor: Ayaz Salayev. dcp. 18+

11 fevral 19:00

“Bir cənub şəhərində”

1969. 82 dəq. Rejissor: Eldar Quliyev. 35 mm. 16+

11 fevral 21:30

“Şərikli çörək”

1969. 65 dəq. Rejissor: Şamil Mahmudbəyov. 35 mm. 12+

12 fevral 16:00

“Bizim Cəbiş müəllim”

1969. 75 dəq. Rejissor: Həsən Seyidbəyli. 35 mm. 12+

12 fevral 18:10

“İstintaq”

1979. 87 dəq. Rejissor: Rasim Ocaqov, Rüstəm İbrahimbəyov. 35 mm. 12+

12 fevral 20:35

“Şeytan göz qabağında”

1987. 89 dəq. Rejissor: Oktay Mir-Qasım. 35 mm. 12+

13 fevral 19:00

“Qətldən yeddi gün sonra”

1991. 93 dəq. Rejissor: Rasim Ocaqov. 35 mm. 18+

14 fevral 19:00

“Balıqçının qızı”

2019. 88 dəq. Rejissor: İsmayıl Səfərəli. dcp. 12+

14 fevral 21:30

“Səpələnmiş ölümlər arasında”

2020. 88 dəq. Rejissor: Hilal Baydarov. dcp. 18+

15 fevral 19:30 Bağlanış

“Duz, istiot zövqə görə”

2019. 22 dəq. Rejissor: Teymur Hacıyev. dcp. 18+

“Axşama doğru”

2020. 12 dəq. Rejissor: Teymur Hacıyev. dcp. 18+

“Daxildəki ada”

2020. 79 dəq. Rejissor: Rüfət Həsənov. dcp. 18+

Son xəbərlər

Orphus sistemi