Kukla Teatrında uşaqlara ustad dərsləri keçirilir

İncəsənət
  • 13 dekabr, 2016
  • 12:09
Kukla Teatrında uşaqlara ustad dərsləri keçirilir

Bakı. 13 dekabr. REPORT.AZ/ Abdulla Şaiq adına Kukla Teatrının nəzdindəki “Oyuq” teatr-studiyasında ustad dərsləri keçirilir.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ustad dərslərində uşaqlara səhnə sərbəstliyi, tamaşaçı ilə ünsiyyət, obrazdan çıxış, rejissorla işləmə bacarığı, dramaturji materialı mənimsəmə, plastika, nitq mədəniyyəti kimi keyfiyyətlər öyrədilir.

Dərsləri studiyanın uşaq qrupunun rəhbəri Səidə Haqverdiyeva və studiyanın pedaqoqu, aktrisa Cəmilə Allahverdiyeva ilə yanaşı, əməkdar artist Firuzə İbadova, Dövlət Kukla Teatrının baş rejissoru Qurban Məsimov, YUĞ teatrının rejissoru Günay Səttar, Dövlət Musiqili Teatrının aktrisası Ülviyyə Əliyeva, nitq üzrə pedaqoq Leyla Zeynalova və peşəkar xoreoqraflar keçirlər.