Bakı. 11 iyul. REPORT.AZ/ Azərbaycanın tanınmış kinorejssoru və ssenaristi Şamil Əliyev "Xalı" adlı tammetrajlı bədii film çəkmək istəyir.
O "Report"a bildirib ki, "Xalı" adlı tammetrajlı bədii filmin ssenarisi 2 ildir hazırdır. Kinossenarini yazıçı İmir Məmmədli ilə birlikdə yazmışıq. Mədəniyyət və Turizm Nazirliyinə ssenarini təqdim etmişik.
"İki ildir nazirlikdən heç bir xəbər yoxdur. Çox istəyirəm ki, bu ssenari ilə tanış olub, filmin çəkilməsində yardımçı olsunlar. Filmi sponsor hesabına da, çəkə bilərik. Amma dövlət hesabına çəkilməyi daha məqsədəuyğun olar. Çünki filmin süjet xətti , Azərbaycanın qədim sənəti olan xalçaçılıqdan, xalı mədəniyyətindən bəhs edir. "Xalı" adlı kinossenaridə xalça mövzusu qırmızı xətlə keçir. Nazirlikdən cavab gözləyirəm", - deyə Ş.Əliyev söyləyib.
Xatırladaq ki, Şamil Əliyevin 2012-ci ildə ekranlaşdırdığı "Çölçü" filmi "Xarici dildə ən yaxşı filmə görə" nominasiyasında 2014-cü ildə "