Heydər Əliyev Sarayında “Dəfinələr adası” tamaşası təqdim olunacaq

Heydər Əliyev Sarayında “Dəfinələr adası” tamaşası təqdim olunacaq Bakı. 13 avqust. REPORT.AZ/ Heydər Əliyev Sarayında noyabrın 17-də Rusiyanın “Молчи и танцуй” teatrı və rəssam Yelena Vedernikovanın təqdimatında, ingilis yazıçı Robert Luis Stivensonun əfsanəvi “Dəfinələr adası” romanı əsasında səhnələşdirilən eyniadlı tamaşa təqdim olunacaq.
İncəsənət
13 Avqust , 2018 13:38
Heydər Əliyev Sarayında “Dəfinələr adası” tamaşası təqdim olunacaq
Report.az

Bakı. 13 avqust. REPORT.AZ/ Heydər Əliyev Sarayında noyabrın 17-də Rusiyanın “Молчи и танцуй” teatrı və rəssam Yelena Vedernikovanın təqdimatında, ingilis yazıçı Robert Luis Stivensonun əfsanəvi “Dəfinələr adası” romanı əsasında səhnələşdirilən eyniadlı tamaşa təqdim olunacaq.

Sarayın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, muasir rəqsin və qum animasiyasının möhtəşəm sintezi, səmimiyyət və məhəbbətlə dolu rəqs hərəkətləri və rəssam əllərinin yaratdığı parlaq sujet tamaşaçılara bu nağıl hekayəni onların qəhrəmanları ilə birgə yaşamağa köməklik edəcək.

Rusiyanın ən yaxşı rəqqaslarından biri olan Yevgeni Yasmakovun iştirakı ilə, tamaşaçılara breakdance, hip-hop, akrobatika, funk və müasir rəqslər təqdim ediləcək.

Saat 16:00-da başlayacaq tamaşanın biletləri 5-49 manatdır. 

Son xəbərlər

Orphus sistemi