Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Ənənəvi Respublika Folklor Festivalının bağlanış mərasimi keçirilib.
''Report''un xəbərinə görə, festivala 80-nə yaxın xalq yaradıcılıq kollektivi qatılıb.
Mədəniyyət naziri
Bağlanış mərasimində “Qarabağ” folklor kollektivi (Ağcabədi rayonu), “Xəmsə” folklor rəqs kollektivi (Gəncə şəhəri), “Dastan aşıqları” ansamblı (Ağstafa rayonu), “Nənələr” folklor xalq kollektivi (Lənkəran şəhəri), “Buta” uşaq folklor ansamblı (Lənkəran şəhəri), “Halay” xalq kollektivi (Masallı rayonu), “Çıraqqala” zurnaçılar xalq kollektivi (Şabran rayonu), “Mel” folklor kollektivi (Qusar rayonu), “Assa” folklor rəqs qrupu (Qusar rayonu), “Oğuzlar” folklor kollektivi (Bakı şəhəri), “Şirvan” folklor xalq kollektivi (Şamaxı rayonu), “Buta” rəqs kollektivi (Şamaxı rayonu), “Zopu-zopu” etnoqrafik folklor rəqs ansamblı (Qəbələ rayonu), “Maral oyunu” folklor kollektivi (Kəlbəcər rayonu), “Adıgün” xalq folklor kollektivi (Saatlı rayonu), “Rəfti - Uzunömürlülər” xalq kollektivi (Lerik rayonu), “Abay” folklor kollektivi (Şəki şəhəri), “Mehriban bacılar” folklor kollektivi (Balakən rayonu), “Nənələr” folklor kollektivi (Balakən), “Şahinlər” folklor rəqs kollektivi (Sumqayıt şəhəri), “Aşıqlar Xalq Kollektivi” ansamblı (Qaradağ rayonu) çıxışlar ediblər.
Sonda mükafatlandırma mərasimi keçirilib. “Xəmsə” folklor rəqs kollektivi (Gəncə şəhəri) 1-ci yerə layiq görülüb. 2-ci yeri “Mel” folklor kollektivi (Qusar rayonu), 3-cü yeri isə “Zopu-zopu” etnoqrafik folklor rəqs ansamblı (Qəbələ rayonu) tutub.
Qeyd edək ki, paytaxt və regionlarında fəaliyyət göstərən folklor kollektivlərinə dəstək göstərilməsi məqsədilə 2019-cu ilin sentyabr-oktyabr aylarında Ənənəvi Respublika Folklor Festivalının seçim mərhələsi keçirilib. Həmin mərhələ çərçivəsində istedadlı uşaq folklor kollektivlərinin aşkar edilməsi, onlara dəstək göstərilməsi üçün müsabiqə təşkil edilib.