Bakı. 2 avqust. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 87-ci teatr mövsümünə hazırlaşır.
Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yeni mövsüm sentyabrın 15-də “Qırmızıpapaq” və “Durnabalığı” tamaşaları ilə açılacaq.
Teatrın baş rejissoru Qurban Məsimovun “Qırmızıpapaq” tamaşası Şarl Perronun eyniadlı nağılının motivləri əsasında səhnələşdirilib. “Durnabalığı” tamaşası “Durnabalığının buyruğu ilə” rus xalq nağılının motivləri əsasındadır. Quruluşçu rejissor Anar Məmmədov, quruluşçu rəssam Əfşan Əsədovdur.
Yeni mövsümdə teatr “Əlibaba və qırx quldur”, “Göyçək Fatma”, “Şəngülüm, Məngülüm”, “Tıq-Tıq və Taq-Taq”, “Cik-Cik xanım”, “Karlson”, “Gözəl və bədheybət”, “Çipollino” və “Üç muşketyor” tamaşalarını da təqdim edəcək.