Dövlət Ədəbiyyat və İncəsənət Arxivi sənət adamlarına müraciət edib

Dövlət Ədəbiyyat və İncəsənət Arxivi sənət adamlarına müraciət edib "Sənət adamları şəxsi arxivlərini bizə hədiyyə edəndə bəzi araşdırmaları aparmaq asan başa gəlir"
İncəsənət
12 Yanvar , 2015 11:01
Dövlət Ədəbiyyat və İncəsənət Arxivi sənət adamlarına müraciət edib

Bakı.12 dekabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti Arif Quliyev şəxsi arxivində olan sənədləri Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə hədiyyə edib.

Bu barədə "Report"a Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru, əməkdar mədəniyyət işçisi Maarif Teymur məlumat verib.

Onun sözlərinə görə, sağlığında şəxsi arxivini fonda hədiyyə edən sənət adamları az olur. "Dünyasını dəyişən sənətkarların arxivlərini toplamaq bəzən çətin başa gəlir. Bir çox sənədləri, fotoları əldə etmək üçün günlərlə, bəzən aylarla əziyyət çəkirik. Amma sağlığında sənət adamları şəxsi arxivlərini bizə hədiyyə edəndə bəzi araşdırmaları aparmaq asan başa gəlir. Ona görə də sənət adamlarına, ədəbiyyat nümayəndələrinə səslənirəm ki, sağlığında arxivlərini bizə əmanət etsinlər".

Qeyd edək ki, Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə sonuncu dəfə əməkdar artist Vəfa Fətullayeva və xalq artisti Hökumə Qurbanovanın şəxsi sənədlərinin bir hissəsi daxil olub. Hər iki mərhum sənətkarın şəxsi arxivinə aid sənədləri Hafiz Fətullayev fonda hədiyyə edib. 

Son xəbərlər

Orphus sistemi