Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur

Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur Azərbaycanda 24 tarixi-memarlıq, tarixi-mədəni və tarixi-etnoqrafik qoruq var
İncəsənət
18 Aprel , 2018 09:47
Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
Report

Bakı. 18 aprel. REPORT.AZ/ Dünyada aprelin 18-i Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur.

"Report" xəbər verir ki, bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İKOMOS) təklifi üzrə insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltmək məqsədi ilə YUNESKO tərəfindən 1983-cü ildə təsis olunub.

Beynəlxalq səviyyədə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilk dəfə 1984-cü ilin bu günündə qeyd edilib.

Azərbaycan YUNESKO-nun Dünya İrs Mərkəzi ilə yaxından əməkdaşlıq edir və bunun sayəsində Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə Bakının tarixi mərkəzi (İçərişəhər), eləcə də Qobustan mədəni-tarixi qoruğu Dünya İrs Siyahısına daxil edilib.

Hazırda Azərbaycanda 24 tarixi-memarlıq, tarixi-arxeoloji, tarixi-mədəni və tarixi-etnoqrafik qoruq var.

Son xəbərlər

Orphus sistemi