Bakı. 21 dekabr. REPORT.AZ/ Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrı KİV nümayəndələrinin və elmi işçilərin uşaqları üçün yeni il şənliyi keçirəcək.
İdarədən "Report"a verilən məlumata görə, tədbir dekabrın 30-da Qurban Abbasov adına Mədəniyyət sarayında olacaq.
Şənlikdə müxtəlif nağıl qəhrənmanları səhnəyə çıxacaq və “Yeni il müsabiqəsi” tamaşası nümayiş etdiriləcək.
Tədbirə giriş pulsuzdur.