Azərbaycanın məşhur bəstəkarı vəfat edib

Azərbaycanın məşhur bəstəkarı vəfat edib Xalq artisti Musa Mirzəyev ikinci Fəxri Xiyabanda torpağa tapşırılacaq
İncəsənət
29 Yanvar , 2016 14:58
Azərbaycanın məşhur bəstəkarı vəfat edib

Bakı.29 yanvar. REPORT.AZ/ Azərbaycanın xalq artisti, məşhur bəstəkar Musa Mirzəyev vəfat edib. 

"Report" xəbər verir ki, 83 yaşlı xalq artisti yanvarın 29-da səhər saatlarında dünyasını dəyişib. 

Mərhum bəstəkar ikinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, Musa Mirzəyev 1933-cü ildə Bakıda anadan olub. O, kamera orkestri üçün “Polifonik simfoniya”, skripka və piano üçün “Romantik poema”, piano üçün “Qəmli melodiya”, piano üçün "konsert-rondo" və başqa əsərlərin müəllifidir. 

M.Mirzəyev Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Prezident təqaüdçüsü idi. O, Azərbaycanda musiqi sənətinin inkişafındakı xidmətlərinə görə,"Şöhrət" və "Şərəf" ordenləri ilə təltif olunub. 

Son xəbərlər

Orphus sistemi