Azərbaycanın görkəmli teatr və kino sənətkarları haqqında kitablar yazılacaq

Azərbaycanın görkəmli teatr və kino sənətkarları haqqında kitablar yazılacaq İlham Rəhimli: "Gəncə Teatrının tarixi haqqında da kitab yazılacaq və tədqiqat aparılacaq"
İncəsənət
2736
23 Mart , 2016 09:47
Azərbaycanın görkəmli teatr və kino sənətkarları haqqında kitablar yazılacaq

Bakı. 23 mart. REPORT.AZ/ "Azərbaycanın görkəmli teatr və kino sənətkarları haqqında silsilə kitablar yazılacaq". Bu barədə "Report"a sənətşünaslıq doktoru, professor İlham Rəhimli açıqlama verib.

Onun sözlərinə görə, Gəncə Teatrının tarixi haqqında da kitab yazılacaq və tədqiqat aparılacaq: "Bunlar gələcəyin işləridir. Belə kitabları yazmaq lazımdır. Gənc nəslin keçmişdən, keçmişdə yaşayıb-yaradan sənətkarlardan xəbəri olmalıdır. Məsələn, Azərbaycanın ilk aktrisası Mənsurə Səfərova olub. Mənsurə Səfərova Moskvada təhsil alıb. Amma onun haqqında çoxlarının məlumatı yoxdur. Azərbaycan teatrının tarixi, keçmişi, bu günü haqqında çox materialları nəşr etmək lazımdır. Bu işdə gənc teatrşünaslar fəal olmalıdır". 

Qeyd edək ki, İlham Rəhimli Azərbaycan teatrının tarixi, Azərbaycanın teatr sənətkarları və ümumilikdə, Azərbaycanın mədəniyyət və incəsənət xadimləri haqqında 65 kitabın müəllifidir.

Son xəbərlər

Orphus sistemi