Azərbaycanın əməkdar artisti vəfat edib

Azərbaycanın əməkdar artisti vəfat edib O, uzun sürən xəstəlikdən sonra 79 yaşında dünyasını dəyişib
İncəsənət
24 Aprel , 2018 19:25
Azərbaycanın əməkdar artisti vəfat edib

Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycanın əməkdar artisti Nazim Ağayev vəfat edib. 

"Report"un məlumatına görə, o, uzun sürən xəstəlikdən sonra 79 yaşında dünyasını dəyişib. 

N.Ağayev Lənkəran rayonunda torpağa tapşırılacaq. 

Qeyd edək ki, N.Ağayev 1939-cu il yanvarın 2-də Bakı şəhərində anadan olub. 1962-ci ildə Teatr İnstitunun Musiqili komediya fakültəsinə daxil olub, 1967-ci ildə oranı müvəffəqiyyətlə bitirib. 1967-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib. Ə.Bakıxanovun dəvəti ilə xalq çalğı alətləri orkestrinin solisti olub, həmçinin Ağası Məşədibəyovun rəhbərliyi ilə ansamblda çalışıb. 1978-ci ildən "Azkonsert" Dövlət konsert-qastrol birliyinin solisti olub, müxtəlif vaxtlarda 7 bədii filmdə çəkilib. Barəsində "Bəxtimə düşən sənət" sənədli filmi çəkilib. 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə əməkdar artist fəxri adina layiq görülüb.

Allah rəhmət eləsin! 

Son xəbərlər

Orphus sistemi